Nazarbayev istefa verdi – Təcili

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vəzifəsindən istefa verdiyini açıqlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

“Mən prezident kimi öz səlahiyyətlərimdən imtina etmək qərarı qəbul etdim”, – Nazarbayev yerli telekanallar vasitəsilə yayımlanan xalqa müraciətində deyib.

Prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Qazaxıstan Senatının spikeri Qasım-Jomart Tokayev icra edəcək.

Qeyd edək ki, Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. O, 2015-ci ildə beşinci dəfə bu ölkənin prezidenti postuna seçilib.(Axar.az)