Nazarbayev istefa səbəbini açıqladı

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev prezident vəzifəsindən imtina etməsinin səbəbini açıqlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə RİA yazıb.

Nazarbayev sözügedən qərarı ölkədə sabitlik naminə qəbul etdiyini bildirib. O, istefa ərəfəsində hər şeyi diqqətlə götür-qoy etdiyini söyləyib.

“Bu il qəbul etdiyim qərar – dövlətin sabitliyi namizə qəbul olunmuş qətiyyətli qərardır”, – Nazarbayev deyib.

Nursultan Nazarbayev atdığı bu addımla 30 ilin əməyini qoruyub saxlamağı bacardığını qeyd edib./Axar.az/