Nazarbayev Avrasiya İttifaqının fəxri sədri seçilir

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Avrasiya İttifaqının fəxri sədri vəzifəsinə seçilə bilər.

Məlumata görə, Avrasiya İttifaqı bu barədə qərarın mayın 29-da qurumuna Nur-Sultanda keçiriləcək sammitində qəbul ediləcəyini bildirib.

Fəxrin sədrin əsas funksiyasının Avrasiya İttifaqını dünyada təmsil etməkdən ibarət olacağı güman edilir.