Navalnı həbsxanada ölərsə… – ABŞ Rusiya rəhbərliyini xəbərdar etdi

Moderator.az Rosbalt nəşrinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Cozef Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Cek Sallivan, müxalifət lideri Aleksey Navalnının dəmir barmaqlıqlar arxasında öldüyü təqdirdə Rusiyanın yüksək vəzifəli şəxslərinə qarşı reaksiyanın kəskin olacağını bildirib.

Cozef Baydenin köməkçisi SNN jurnalistlərinə deyib ki, Vaşinqton, Rusiya səlahiyyətlilərinə Navalnı ilə bağlı həbsdə baş verən hər şey üçün məsul olduqlarını və nəsə baş verərsə, beynəlxalq ictimaiyyət tərəfindən məsuliyyətə cəlb olunacaqlarını bildirib.

O qeyd edib ki, ABŞ “onların cavab verəcəyi bir çox mümkün variantlara baxır. Ağ Evin sözçüsü, “Navalnı ölsə.., ağır nəticələr olacaq”- deyib.

Sallivan əlavə edib ki, “ müxalifət liderinin həbsxanaya yerləşdirilməsi və səhhətinin pisləşməsi məsələsini ABŞ Rusiya ilə birbaşa diplomatik kanallar vasitəsilə müzakirə etməyi üstün tutur“.

Facebook Comments