NATO qoşunlarını bu ölkədən geri çəkdi – ŞOK QƏRAR

Slovakiya NATO missiyasının bir hissəsi olaraq İraqda yerləşən hərbi personalını müvəqqəti olaraq geri çağırıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiya radiosu məlumat yayıb.

Qeyd olunur ki, hərbçilər başqa ölkəyə köçürülüb. Rəsmi Bratislava onların İraq əsgərlərinə və təhlükəsizlik qüvvələri əməkdaşlarına təlim keçirilməsi üzrə alyansın missiyasında iştiraklarını təşkilatın rəhbərliyi ilə müzakirə etmək niyyətindədir.

Hərbçilərin müvəqqəti çıxarılması barədə qərar Slovakiya hökuməti tərəfindən qəbul edilib. NATO missiyasına 7 slovak hərbi təlimatçı daxil idi. Digər təfərrüat barədə məlumat verilmir.

Facebook Comments