NATO Polşanı hədəfə çevirdi – Rusiya hədələdi

Moskva ABŞ-ın Polşanın şərqində əlavə kontingent yerləşdirməsinə cavab olaraq qərb sərhədlərində qoşunlarını gücləndirə bilər.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov danışıb.

Senatorun sözlərinə görə, Polşa ərazisində NATO qüvvələrinin yerləşdirilməsi Varşavanın təhlükəsizliyinə müsbət təsir göstərməyəcək, əksinə, onu cavab zərbəsi üçün hədəfə çevirəcək.

“Yəqin ki, onlar kiminsə hərbi bazası olmaq istəyirlər”, – Cabarov bildirib.(Axar.az)