NATO gəmiləri Qara dənizə daxil oldu – Video

Niderlandın “Evertsen” esminesi, Kanadanın “Toronto” və İspaniyanın “Santa Mariya” freqatları İstanbul boğazından keçərək, Qara dənizə daxil olub.

Axar.az DHA-ya istinadla xəbər verir ki, yol boyu onları Türkiyə gəmisi müşayiət edib.

Fransanın “Var” tankeri də hərbi gəmilər qrupu ilə birgə İstanbula gəlib, amma hələ Qara dənizə daxil olmayıb.

NATO dənizçiləri Ukrayna və Gürcüstan hərbçiləri ilə birgə “Dəniz qalxanı” (Sea Shield) təlimində iştirak edəcəklər.

Qeyd edək ki, bundan öncə ispan və fransız freqatlarının 1 apreldə Odessada olacağı bildirilmişdi.