NATO ekspertləri Bakıya gəldi

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO ekspertlərinin iştirakı ilə pedaqoji təlimatçıların treninqi keçirilir.

Müdafiə Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, treninqin məqsədi aparıcı pedaqoji təlimatçıların hazırlanaraq, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin pedaqoji potensialının Müdafiə Nazirliyinin kadr resursları hesabına təkmilləşdirilməsinə yardım göstərməkdən ibarətdir.

Sentyabrın 27-dək davam edəcək treninqi müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Facebook Comments