NATO-dan Türkiyə açıqlaması: Fikir ayrılığı var

Türkiyənin Suriyadakı fəaliyyəti ilə bağlı NATO müttəfiqləri arasında fikir ayrılığı mövcuddur.

Sozcu.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.

“Alyans üzvləri arasında fikir ayrılıqlarının bariz nümunələrindən biri də Türkiyə məsələsidir. Türkiyənin Suriyadakı əməliyyatlarının nəticəsi ilə bağlı narahatlığımı daha öncə bildirmişəm. Fərqli fikirlər var”, – deyə Stoltenberq bildirib.