NATO-dan Səudiyyə teraktı barədə: Təhdid var

Qlobal enerji təchizatında axsaqlıqlara səbəb olan hadisələr bütün NATO müttəfiqlərini narahat edir. Baş verənləri yaxından və narahatlıqla izləyirik.

Sozcu.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Bütün tərəfləri sayıqlıq nümayiş etdirməyə çağıran Stoltenberq bu cür hadisələrin bölgənin təhlükəsizliyini ciddi şəkildə təhdid etdiyini bildirib.