NATO-dan Rusiyaya təhdid: Həqiqət ortaya çıxacaq

Vurulan MH17 təyyarəsinin məsuliyyətə cəlb edilməsi üçün bütün dünya ölkələri birgə hərəkət etməlidir.

Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Əvvəlki kimi həqiqətin ortaya çıxarılması vacibdir. Bütün ölkələr uğura nail olmaq üçün maksimal şəkildə əməkdaşlıq etməlidirlər”, – deyə o bildirib.

Qeyd edək ki, Amsterdam Kuala-Lumpura uçan MH17 təyyarəsi 2014-cü ildə Donbas üzərində vurulub. Nəticədə 298 nəfər həlak olub. Qərb ölkələri təyyarənin Rusiya tərəfindən vurulduğunu iddia edirlər.

Facebook Comments