Narkoloji Mərkəzdə çıxan yanğında günahlandırılanlara hökm oxunub

Məhəmməd Məmmədov ömürlük azadlıqdan məhrum edilib

Narkoloji Mərkəzdə 25 nəfərin öldüyü yanğına görə həbs olunan dörd nəfərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Paşayevin sədrliyilə, Əhməd Quliyev və İradə Həsənzadədən ibarət hakimlər kollegiyasının hökmüylə Narkoloji Mərkəzi yandırmaqda ittiham olunan, 1954-cü il təvəllüdlü Məhəmməd Məmmədov ömürlük azadlıqdan məhrum edilib. Hadisə vaxtı mərkəzdə olmuş M.Məmmədov uzun illərdir ki, fasilələrlə orada alkoqolizmdən müalicə olunurmuş.

Hər ay oğlu Vahiddən 100 manat alıb Məhəmmədi məcburi Narkoloji Mərkəzdə saxlamaqda ittiham olunan Afət Məmmədovaya 5 il cəza verilsə də, ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub.

Narkoloji Mərkəzin keçmiş direktoru Telman Məmmədhəsənov 4 il, onun təsərrüfat məsələləri üzrə müavini Mahir Abdullayev isə 3 il 6 ay azadlıqdan məhrum edilib. Onlar yanğın təhlükəsizliyi qaydalarını pozma və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.

Lakin onlar ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.(Meydan tv)

Sozcu.az