Nadirdən yeni klip

Müğənni Nadir Qafarzadə “Sən ürəksən ürək” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.

Sozcu.az xəbər verir ki, bəstənin müəllifi Murad Zeynaldır. Ekran işinin rejissorluğunu Ertoğrul Kemalov edib.

Yeni işindən bəhs edən Nadir “Bu mövsümdə yaradıcılığımda bir çox yeniliklər olacaq. Yeni mahnılar, kliplər, fotosessiyalar və adını hələ açıqlamayacağım bir layihə həyata keçirəcəyəm. “Sən ürəksən ürək” adlı mahnının klipi Şamaxıda lentə alındı. Ekran işi bir günə çəkildi. Bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm” sözlərini əlavə edib.

Facebook Comments