Ən yüksək artım Azərbaycandadır – Harmancı

Virusun daha çox yayılmasını Avropada müşahidə etdik, İtaliya, İspaniya xəstəliyin mərkəzi oldu.

Sozcu.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Operativ Qərargahın bugünkü brifinqində deyib.

“Lakin indi Avropada azalma müşahidə olunur. Ətrafımızdakı qonşu ölkələrə baxsaq, əksəriyyətində sabitləşmə var. Hazırda ən yüksək artım Azərbaycanda müşahidə olunur. Hansı ölkələrdə güclü tədbirlər görüldüsə, onlarda yoluxmalarda azalma oldu”, – o bildirib.

H.Harmancı qeyd edib ki, ÜST-ün müşahidələrinə görə, əgər ölkələrdə əhali tərəfindən görülən tədbirlərə əmək edilməsə, karantin rejiminin sərtləşdirilməsi məsləhət görülür:

“Hökümət əlindın gələni edir. Əgər ölkə daxilində xəstəliyə yoluxmada ciddi artım müşahidə olunarsa, sərt tədbirlərin alınmasında sərt qərarlar verilə bilər”.

Facebook Comments