Nəsrin Cavadzadə məşhur seriala dəvət alıb

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə türk serialına dəvət edilib.

Sozcu.az xəbər verir ki, aktrisa 44-cü bölümdən etibarən “Yasak Elma” adlı ekran işində rol alacaq.

O, yayınlandığı gündən etibarən böyük tamaşaçı kütləsi toplayan serialda “Şahika” obrazını canlandıracaq.

Qeyd edək ki, Nəsrin sonuncu dəfə “Bizim Hikaye” adlı ekran işində “Tülay” obrazı ilə adından söz etdirmişdi.(Axşam.az)