“Nəsiminin məzarının gətirilməsi üçün bizə sübutlar lazımdır” – Əbülfəs Qarayev

“Nəsiminin məzarının Azərbaycana gətirilməsi üçün əsaslı sübutlar lazımdır”

Moderator.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir xatırladıb ki, Nəsiminin məzarı hazırda Hələb şəhərindədir:

“Nəsiminin məzarının yerləşdiyi yer müqəddəs hesab olunur. Biz vaxtilə həmin məzarın yenidən qurulması üçün müzakirələr aparmışdıq. Lakin siyasi toqquşmalar bu layihənin gerçəkləşməsinə imkan vermədi. Lakin onun varisləri ilə ünsiyyəti hər zaman davam etdiririk”.