Nərimanovda dayanacağı hasara aldılar – Fotolar

Bakının Nərimanov rayonu Mayakovski 10 ünvanında avtobus dayanacağı hasara alındı.
Sozcu.az xəbər verir ki, Nərimanov rayonu Mayakovski 10 (Montin bazarının yaxınlığı) ünvanında yerləşən 26 nömrəli marşrut xəttinin sonuncu dayanacağı hasara alınıb və həmin dayanacaqda dayanan avtobuslar artıq həmin ərazidən uzaqlaşdırılaraq digər dayanacaqlarda dayanmaq məcburiyyətində qalıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlasaq da o sualımıza cavab verməyib.

Bizimyol.info