“Nə Rəsulzadəyə, nə də Elçibəyə çamur yaxa bilməyəcəklər” – Dilavər Əzimli

Diavər Əzimli

Sevinc Osmanqızının yayımladığı internet kanalında Leyla Yunusla olan müsahibə cəmiyyəti bir daha silkələdi. Min dənə belələri hər gün qışqıra, bağıra nə Rəsulzadəyə, nə də Elçibəyə çamur yaxa bilməyəcəklər. Bu xanım bu müsahibə ilə özünü tamam gözdən saldı. Onsuz da cəmiyyətdə ona qarşı səmimiyyət heç zaman olmamışdır. Birisinizmi bunlar niyə belə edir? Bunlar qısqanırlar!!! Elçibəyə olan sevgini qəbul edə bilmirlər. Neçə ki, Rəsulzadəyə olan sevgini müəyyən qüvvələr qəbul edə bilmirlər. Bunlar anlamırlar ki, tariximizdə olan elə şəxsiyyətlər var ki, onlar könüllərdə yer ediblər, könüllərin fatehidirlər. Bunlara şox misal göstətə bilərəm. Məsələrn, Babək, Atabəy Elədniz, Qara Yusif, Həsən Bayanduri, Şah Xətai, Şah Abbas, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Ə.Hüseynzadə, Ə.Topçubaşi, M.Ə.Rəsulzadə və Ə.Elçibəy!!! Bu siyahını çoxaltmaq olar… Amma XX əsr Azərbaycan ictimai-siaysi fikri M.Ə.Rəsulzadə ilə başlayıb, Ə.Elçibəylə bitir. Bunu qəbul edə bilmirlər. Çünki çox çalışdılar bu ada nail ola bilmədilər. Bilirsiniz niyə? Bunlar unutdular ki, bu ada layiq olmaq üçün Ə.Elçibəy xarakterinə malik olmaq lazımdır. Bu xarakterdə yalnız sevgi var…. Bütün insanlara qarşı sevgi, bəşəriyyətə qarşı sevgi… Xalq yalnız bu cür insanlara mandat verir… Ə.Elçibəyə də bu mandatı xalq verdi.. Xalq onu sevdi… Amma sizi sevə bilmədi.. Çünki içinizdə böyük-böyük şeytanlar vardır… Bu şeytanları da xalq görürdü…Bax, bunları yandıran da budur… Düşünürlər ki, biz də meydanada olduq, biz də mübarizə apardıq, amma Ə.Elçibəy qüdrətinə çıxa bilmədik… Onların faciəsi də bundadır… Amma Elçibəy heç bir zaman belə düşünmədi… O, xalq üçün, vətən üçün yaşadı… Elçibəyi Elçibəy edən də bu sevgi oldu… Bu yolu ancaq Elçibəy kimilər gedə bilər…Bu mənada Leyla Yunus kimilərin Elçibəyə hücumu özünün aşağılanması deməkdir… Belə adamlar öz çıxışları ilə yalnız özlərini biabır edirlər. Sevinc Osmanqızı isə bu cür verilişlərlə öz imicinə ciddi zərbələr vurur!!!