Myanmada toqquşmalar: 737 nəfər öldü

Myanmada təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda ölənlərin sayı 737-ə çatıb.

Sozcu.az xəbər verir ki. bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiyasiyası məlumat yayıb.

Bildirilib ki, 3229 nəfər saxlanıb ki, onlardan da 75-i barəsində həbs qərarı çıxarılıb.

Qeyd edək ki, Myanmada hərbi çevrilişdən sonra ölkədə qeyri-sabit vəziyyət hökm sürməkdədir.

Facebook Comments