“Mxitaryanın Bakıya gəlməməsi erməni təxribatıdır” -Müsavat başqanı

“Mxitaryanın Bakıya gəlməməsi də bir erməni təxribatıdır. Guya bundan əvvəl Bakıya gəlmiş hansı erməni idmançısına “gözün üstə qaşın var”- deyən olub?”

Sozcu.az xəbər verir ki, bunu Müsavat başqanı Arif Hacılı deyib:

“Bakıya Ermənistan bayrağı ilə çoxsaylı idmançılar gəlib. Bəzi yarışların qalibi də olublar, hətta dövlət başçısı onların boynuna medal da asıb. İndi tamaşaçıların əksəriyyəti əcnəbi olan stadionda Britaniya vətəndaşına nə edəcəkdilər ki?

İdmançıları nağara- zurna ilə qarşıla, istiqlal bayramını ləğv et, yolları bağlıyıb xalqı zəlil günə qoy ki, Bakıda futbol finalı olacaq, əvəzində bütün dünyada idmançı ölkəyə buraxmır, Bakıda ehtiyatlı olun mesajları getsin.

Hökumətin səriştəsizliyi, xarici siyasət idarəsinin əfəlliyi yenə bizi haqlı olduğumuz halda haqsız duruma salır”.