Müxalifətçi deputat baş nazirə yumurta atdı – Video

Albaniya parlamentində baş tutan gərgin debat zamanı müxalifət nümayəndəsi baş nazir Edi Ramaya yumurta atıb.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, müxalifətdən olan deputatlar Kosova ilə Albaniya arasında yol hərəkətinə ödənişin tətbiqinə etiraz edən insanların həbsinə narazılıqlarını ifadə ediblər.

Baş nazirə hücumdan sonra təhlükəsizlik qüvvələri araya giriblər və müxalifətdən olan bir neçə deputatı zaldan çıxarıblar.

İnsidentlə əlaqədar toplantı təxirə salınıb.