“Müxalifət gələn ilin seçkisinə uzun-uzadı “arzular siyahısı” ilə getməli deyil” -İlqar Məmmədov

“Müxalifət gələn ilin seçkisinə uzun-uzadı “arzular siyahısı” ilə getməli deyil. Nə mövqe ilə getməli olduğunu bu yaxınlarda Altay Göyüşov təklif etdi. Bizi tənqid etsə də, onun bu mövqeyi ilə razıyıq”

Sozcu.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri İlqar Məmmədov deyib:

“Formulası çox sadədir: hamımız öhdəlik götürürük ki, seçkinin keçirilməsində ATƏT/DTİHB böyük irəliləyişin olduğunu bildirməsə, hamımız birgə ya da fərdi şəkildə AŞPA`ya müraciət edirik ki, Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməsin.

Söhbət ayrı-ayrı sahələrdən getmir, seçkinin bütövlükdə keçirilməsində ATƏT`in rəyində çox ciddi, əsaslı irəliləyiş əks edilməlidir, yoxsa bizimkilərin AŞPA`da yeri olmamalıdır.
İctimai təşkilatlar, tanınmış şəxslər, həm də siyasi partiyalar belə bir öhdəlik götürsə yetər və biz də ona qoşulmağa hazırıq”.