Müstəmləkə aydınlarına bir neçə söz – Yasəmən Qaraqoyunlu

Yasəmən Qaraqoyunlu

1.Mənim fikrimcə Osmanlı dünyanın ən humanist, çox kültürlü, çox dinli bir imperiyası idi. Hələ nə Batı, nə də Rus-Slavyan dünyası Osmanlı kimi çox dinli, çox millətli, çox kültürlü bir dövlət qura bilməmişlər. Yunan-Ellin-Roma sivilizasiyasının varisi olan Batı və Rus-Slavyan dünyası isə əksinə irqçi bir anlayışa sahibdirlər və hələ də dünyanı, xalqları və mədəniyyətləri “Biz” və “onlar”, “sivil” və ya “barbar” , Batı dünyası qeyri-Batı dünyası anlayışlarına bölürlər. Bununla bərabər Yunan-Ellin sivilizasiyasının varisi olan bütün Batı (Avropa-ABD, katolik, protestant xristian) və Rus-slavyan(pravaslav-xristian) xalqları və dövlətləri daim Yunan-Ellin-Roma-Bizans sivilizasiyasını tərifləyib göylərə qaldırır, qürur duyurlar. Biz Türklər isə özəlliklə Azərbaycanda islam öncəsi və islam sonrası əski imperiyalarımızla, xaqanlarımızla, sivilizasiyamızla qürurlanmaq əvəzinə, Batı müəlliflərinə və siyasətçilərinə qoşularaq öz imperiyalarımızı, xaqanlarımızı, sivilizasiya dəyərlərimizi daim kiçiltməklə, sorğulamaqla məşğuluq. Yetər artıq.

Məni Batıya oxşatmaq istəyən Müstəmləkə aydınlarına, partiyalarına, siyasətçilərinə savaş açıram. Mən Batı dəyərlərinə sahiblənmiş Batılı bir insan yox, türk dəyərlərinə sarılmış Turanlı bir insan tipi axtarıram. Bu gün Batının özündə hedonist, istehlakçı, fərdiyyətçi Batı insan tipi sorğulanmağa başlamışdır artıq.

Mən Türk dəyərlərinə sarılmış Türk insan tipindən bəhs edirəm. Türk aydını tarixdəki Türk insan tipinin çizgilərini gələcəyə daşımalıdır. Alp Ər Tonqa, Atilla, Yəsəvi, Fərabi, Əlişir Nəvai,Nəsimi, Füzuli, Çingiz xan, Qara Yusif, Tərkən xatun, Dədəm Qorqud, Bilgə xaqan, Gültigin, Tonyukuk, Sultan Toğrul, Çağrı Bəy, Atatürk, Əli.Bəy Hüseynzadə, Ənvər Paşam…Zərdüştün, Nitsşenin yaratmaq istədiyi Fövqəl İnsanlar. Renessansın  dahi insan idealları.

  1. Hər bir imperiya bir sivilizasiyanı təmsil edir. Hər bir sivilizasiyanın bəlirləyici gücü, sifəti, identikliyi dindir. Sivilizasiyalar çox zaman dini identifikasiyasına görə qruplaşdırılır. Əhməd Ağaoğlu “Üç mədəniyyət” əsərində Buddist, Xristian, İslam sivilizasiyalarından bəhs etmişdi. Din müxtəlif xalqları və mədəniyyətləri varlıq və yoxluq, allah və insan, sonsuz və sonlu olanlar haqqında ortaq dünyagörüş əsasında yoğuraraq vahid həyat tərzi və sivilizasiya dəyərləri formalaşdırır. A. Toynbi, O.Şpenqler, S.Hantinqton, K.Yaspers, L.Qumilyov, A. Dugin, A. Davudoğlu, N.Danilevski, Ərəstun Həbibbəyli, Səlahəddin Xəlil, Rahid Ulusel kimi araştırmaçılar Tarixdə gəlmiş və keçmiş onlarla sivilizasiyaların adlarını sadalamaqdadırlar. Şübhəsiz ki, hər araştırmaçının öz yanaşması, konsepsiyası var. Batı dünyası tarixdə heç vaxt Türk sivilizasiyasından bəhs etməmişdir. Əksinə Türkləri sivilizasiyasız, dağıdıcı, barbar hesab etmişlər.
  2. Bir türk aydını Türk sivilizasiyasının bütün elementlərini tarixin dərinliklərindən toplamalı və diriltməlidir. Biz Batı dünyasının (Yunan-Ellin Roma-Avropa Birliyi ölkələri, ABD və Rus-Slavyan ölkələri) bir parçası, tərkib hissəsi yox, alternativi, ziddi, qarşı gücü olmağı hədəfləyirik. Bir Türk aydını Batı aydınından daha bilgili və daha əxlaqlı, mənəviyyatlı, insancıl, üstün olmalıdır. Türk aydını Türk Sivilizasiya quruculuğunda bir düşünür, bir yazar, bir əsgər olmalıdır. Türk sivilizasiyası bütün sivilizasiyalardan güclü və insancıl olmalıdır.

Bir Türk aydını hər bir Türk imperiyasını Türk sivilizasiyasının bir təmsilçisi, mərkəzi otoritə gücü kimi dəyərləndirməyi və bu acıdan baxaraq Türk Millətinin sərvəti və dəyəri kimi sevməyi bacarmalıdır. Türk Millətinin dövlətçilik tarixi, imperiyaları tarixi sürəklidir, Batıda( b.e. V-XV əsrlər) və ya fars (b.e. VII-XX əsrlər) tarixində olduğu kimi, tarixi qırılma və ya fətrət çağını(qaranlıq çağ) yaşamamışdır. Türk dövlətl tarixin bütün çağlarında mövcud olmuşdur, deməli Türk sivilizasiyası Tarixin bütün çağlarında var olmuşdur. Bizim başqa xalqlardan və mədəniyyətlərdən fərqimiz həm də budur. Öz sivilizasiya identifikasiyamızla fərqlənməliyik və qürur duymalıyıq.
Hər Türk aydını Türk Millətinin Vicdanındakı İmperiya təfəkkürünü dirilltməyi əsas vəzifəsi hesab etməlidir. Biz Son yüzildə imperiya təfəkküründən uzaqlaşdıqca düşmənlər qarşısında yenik düşdük. Hər türk, Türk sivilizasiyasını təmsil edən mərkəzi gücün, dövlətin qurulmasına və əsgəri olmasına çalışmalıdır. Bu gün Türkiyə Türk Millətinin və Türk sivilizasiyasının mərkəzi dövləti və gücüdür. Türkiyə bütün dünya Türklərinin dövləti və təmsilçisidir.

  1. Bir Türk yazarı Türk tarixinə layik-dinçi, sağçı-solçu, imperiyaçı- cümhuriyyətçi, modernist-postmodernist, feminist davalarından baxmamalıdır. Zamanla, tarixi-siyasi şərtlərə uyğun olaraq dövlətin və toplumun idarə edilməsi şəkli dəyişə bilər, əsas olan odur ki , dövlətin mövcudluğu davam etsin və tarixi qırılma yaşanmasın. Türk millətinin tarixi sürəkliliyi davam etsin. Romada imperiya da qurulmuşdu, respublikada. Amma Roma tarixi davam edirdi və bu gün də Ellin sivilizasiyası Renessans və Maarifçilik çağlarının yaratdığı yeni paradiqmalarla( rasionalizm, pozitivizm, protestanizm, sekulyarizm, liberalizm, humanizm, demokratiya, sientizm, parlamentarizm) özünü yeniləyərək Batı sivilizasiyası adı altında davam etməkdədir. Çində saysız imperiya da olmuşdur, respublika da. Lakin nə Çin sivilizasiyası, nə Ellin sivilizasiyası nə imperiya tarixindən, nə cümhuriyyət tarixindən imtina etməmişdir. Bir sivilizasiya var ola bilmək üçün daim, çağın şərtlərinə uyğun olaraq özünü yeniləyir. Bir Türk aydını bunun bilincində olmalı, nə özünü, nə də Türk Millətinin mənfəətlərini çeşidli ideologiyalara, sağçı-solçu davalara qurban verməməlidir. Nə dəyişir dəyişsin, Tarix necə dönür dönsün, Əsas odur ki, Türk sivilizasiyasının sürəkliliyi, Türk irqinin varlığı zaman içində axsın, şahlansın, güclənsin. Yox olmasın, zamanda və məkanda donmasın, əriməsin, bitməsin. Türk aydını millətini, irqini tarix və zaman içində üzə bilməsi üçün metafiziki xəyallara doğru çəkməyi bacarmalıdır. Türk aydını Türk millətinə məxsus paradiqmalar və metafizik xəyallar yaratmalıdır.
  2. Bizim yüksəltmək istədiyimiz əsas güc Millətdir. Bir Millət güclü olduğu zaman 10 dəfələrlə dövlət yıxar da, qurar da. Bir Türk aydını Türk millətinin güclənməsi və ruhunun diri tutulması üçün çalışmalıdır.
  3. Osmanlını da Türkiyə cümhuriyyətini də, Səfəviləri də, Azərbaycan Çümhuriyyətini də, layiqçi və ateist bir türk vətəndaşını da, dininə sarılmış bir türkü də Türk millətinin tarixi sərvəti kimi qəbul edirəm, bağrıma basıram, qürur duyuram.
  4. Bir Millətin, sivilizasiyanın var ola bilməsi üçün Tarixi sürəkliliyin olması şərtdir. Lütfən diqqətlərimizi buna yönəldək. Soyumuzun, irqimizin yaşaması, var olması üçün gərəkirsə bütün dinlərdən, ideologiyalardan, kültürlərdən, dövlət yönətmə biçimlərindən istifadə etməyi, yaralanmağı bacarmalıyıq. Lakin bütün bunlarla birlikdə bizi Biz yapan bütün xüsusiyyətlərimizi, Türk millətinin ruhunu və xarakterini, Türk irqinin identikliyini hər şeyin fövqündə tutmaqla diri tutmalıyıq.
  5. Bir Türk aydını, dinçi, layikçi, sağçı, solçu, modernist, postmodernist, xristian, masəlman, buddist, maniheist olsa belə, ilk öncə yalnız Türk Milləti üçün, sonra isə bütün insanlıq üçün çalışmalıdır. Turan sivilizasiyası keçmişdə cəngavərlik, hərb təşkilatı, dövlət təşkilatı, hüquq anlayışıyla yüksəlmişdi, gələcəyi isə elmlə, biliklə yüksəldəcəkdir. Turan sivilizasiyası elm, bilği sivilizasiyası olmalıdır.
  6. Son 500 ildir Yunan-Roma sivilizasiyasının varisləri Batı-Rus -Slavyanılar Türk Millətini sorğuladı, aşağıladı, parçaladı, soyqırıma uğratdı, sürgün etdi, torpaqlarını qəsb etdi. Daha bəsdir. Batını yamsıladın Batıçı oldun, Rusçu oldun, demokrat oldun, layiq oldun, postmodernist oldun Türk aydını. İndi sən dön Türk ol, Türk tarixi və zehniyyəti ilə Batını sorğula. İndi sən dön düşmanlarının qarşısına Türk Millətinin alternativlərini qoy. İndi sən dön dünyada öz alternativləri ilə var olan yeni bir Türk yarat.