Müsavatın qurultayının keçiriləcəyi yer məlum oldu

Müsavat Partiyasının IX qurultayının keçiriləcəyi məkan məlum olub. Bakı Şəhər İcra Hakimiyyətinin partiyaya verdiyi cavabda qeyd edilir ki, qurum qurultayın 7-ci mikrorayonda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsinə etiraz etmir.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayı oktyabrın 12-də keçiriləcək. Qurultaya hazırlıq üzrə təşkilat komitəsindən verilən məlumata görə, qurultay nümayəndələrinin qeydiyyatı saat 9:00-da başlayacaq.