Müsavatın namizədinin şəkillərini cırmağa başladılar

“Mənim plakatlarım hələ hazır deyildi. Bizim məhləyə plakat yapışdıran namizədin dayanacaqdakı plakatı qopmuşdu, yapışdırdım. Düşündüm ki, mən də plakatımı onun yanına vuracağam. Mənim plakatımı öz yaşadığım məhəllədə bir gün də barındırmadılar. Təkcə qoparmaqla yetinməyib, tikə-parça etdilər”.

Sozcu.az xəbər verir ki, bunu 41 Saylı Sumqayıt 1-ci seçki Dairəsindən Müsavat Partiyasından deputatlığa namizəd Könül Alıyeva özünün feysbuk hesabında yazıb:
“Bu siyasət deyil sayın opponentlər, rəqabət heç deyil. Sağlam rəqabət debata dəvət edərək kozları paylaşmaqdır, üstünlüyünü sübut etmək, seçicini inandırmaqdır.

Şəxsən mən istəyirəm ki, 41-dən olan bütün namizədlərin hər birinin plakatı yan-yana vurulsun. Ki, seçicinin müqayisə etmək imkanı olsun, ən layiqli olan haqda olumlu təsurat yaransın.

Əlqərəz, opponentin plakatını cırmaq acizlikdir, cəsur olun”.

Facebook Comments