Müsavatın Lənkəran təşkilatı ümumi yığıncaq keçirdi

Bazar günü Müsavat Partiyası Lənkəran təşkilatının ümumi yığıncağı keçirilib. Yığıcaqda Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Yadigar Sadıqlı iştirak edib.

“Lənkəranın ucqar ərazisində, qeyri-leqal şəkildə Müsavat Partiyasının yerli təşkilatının yığıncağını keçirdik, qurultay nümayəndələrini seçdik” – deyə Yadigar Sadıqlı özünün feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, ötən ay yerli polis orqanları xüsusi zorakılıqla Lənkəran təşkilatının iclas keçirməsinə imkan verməmişdi. Qurultay oktyabrın 12-də keiriləcək.