Müsavatçı gənclərin aksiyası polis tərəfindən dağıdıldı -VİDEO

Müsavat Partiyası gənclərinin İranın Azərbyacandakı səfirliyinin qarşısında keçirmək istədiyi piketin qarşısı polis tərəfindən alınıb.

Sozcu.az xəbər verir ki, “Azadlıq” şüarı səsləndirdirən aksiya iştirakçıları polis tərəfindən saxlanılıb.

Müsavat başqanının müavini Səxavət Soltanlı aksiyada saxlanılan müsavatçıların siyahısını yayıb:

“Müsavat başqanının müavini Razim Əmiraslanlı başda olmaqla Divan üzvü Tofiq Yaqublu, Müsavat Gənclər təşkilatının sədri Elman Quliyev, gənclər Ayxan Hacıbəyli, Qedir Nagiyev, Əziz Məmiyev, Rəhim Yaqublu, Suraxanı təşkilatının sədri Arzulla Buludlu, Tahir Axundov və başqaları polis tərəfindən saxlanılıb.

Adlar dəqiqləşdirilir, daha detallı informasiya Müsavat Partiyasının Mətbuat Xidməti tərəfindən yayılacaq”.