Müsavatçı gənclər yeni sədr seçəcəklər

İyunun 4-də Müsavat Gənclər Təşkilatının konfransına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib.

İclasda qəbul olunan qərara əsasən iyunun 9-da, saat 12:00-da Müsavat Gənclər Təşkilatının növbəti VII konfransı keçiriləcək.

Konfransda Müsavat Gənclər Təşkilatının yeni sədri, Şura üzvləri və NTK-sı seçiləcək.