Müsavat və REAL etiraz aksiyasını MSK-nın qarşısına təyin etdi: “7 yer təklif etsək də…”

Müsavat və REAL partiyası seçkilərin nəticlərinə dair etiraz aksiyasını MSK-nın qarşısında keçirməyi qərara alıblar.

Sozcu.az xəbər verir ki, Bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov bildirib. O, Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi Lokbatandakı yerdən imtina etdiklərini açıqlayıb:

“Lökbatanda aksiyanın keçirilməsində bir qəbahət olmasa da, biz orada aksiya keçirməyəcəyik. Bəlkə başqa bir şəraitdə bunu edərdik, amma 16 fevral dinc etiraz mitinqimiz MSK-nın qarşısında olacaq. Bakı şəhər icra hakimiyyəti sərbəst toplaşmaq haqqımızı bu bir neçə gündə kobudcasına pozub. Baxmayaraq ki, mitinqin keçirilməsi üçün ona ümumilikdə 7 yer təklif etmişdik, hamısını rədd etdi. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada dinc, demokratik, konstitusion mitinqimizi 16 fevral 2020-ci il tarixində saat 3-dən 4-dək MSK-nın qarşısındakı ərazidə keçircəyik (Azadlıq metro stansiyasının yaxınlığında). Bu barədə Bakı şəhər icra hakimiyyətini də xəbərdar etdik”.

Xatırladaq ki, Bakı Polisi qanunsuz aksiya keçiriləcəyi təqdirdə qarşısının alınacağını bildirib. (Azpost.info)

Facebook Comments