Müsavat Qubada konfrans keçirib

Bu gün Müsavat Partiyası Quba rayon təşkilatının ümumi yığıncağı keçirilib.

Yığıncaqda təşkilati məsələlərə baxılıb.

“Basta”nın məlumatına görə sonra gizli səsvermə keçirilib. Yaşar İsrafilov sədr seçilib. Təşkilatın yeni tərkibdə Şurası və NTK-sı formalaşıb.

Yığıncaqda Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı, MNTK sədri Sevinc Hüseynova, Məclis üzvü Zakir İsmayıl iştirak ediblər.