Müsavat başqanı Xəlqi Hüseynin ailəsinə başsağlığı verdi

AXCP Suraxanı şöbəsinin Gənclər Komitəsinin sədri gənc yaşında vəfat edib.
Müsavat Partiyasının başqanı Arif Hacılı Xəlqi Hüsenin vəfatı ilə bağlı başsağlığı verib:

“Çox üzücü xəbər oldu.

Azərbaycanda hüquqi dövlət, azad cəmiyyət quruculuğu uğrunda mərd mübariz, AXCP üzvü Xəlqi Hüseyn dünyasını dəyişib.

Müsavat Partiyası adından, öz adımdan demokratiya şəhidimizin yaxınlarına, AXCP üzvlərinə, azad, firavan, bütöv Azərbaycan uğrunda çalışan hər kəsə baş sağlığı verirəm.
Allah rəhmət eləsin”.