Müsavat başqanı vətənə dönüb

Müsavat Partiyasının başqanı Arif Hacılı ötən gecə ABŞ-dan vətənə dönüb. Bakı hava limanında onu bir qrup partiya yetkilisi qarşılayıb.

Arif Hacılı səfər zamanı ABŞ Dövlət katibi müavininin köməkçisi Maykl Kellerherlə, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariçlə, ABŞ Dövlət Departamentin Qafqaz məsələri və Regional Münaqişələr şöbəsinin direktoru Alisia Allisonla, Güney Azərbaycan hərəkatının liderlərindən biri Mahmudəli Çöhrəqanlı ilə, ABŞ Departamentinin Demokratiya və İnsan Haqları bürosunun Qafqaz işləri üzrə məsul nümayəndəsi Vendi Silvermanla, Şərqi Avropada Demokaratiyanın İnkişafı İnstitutunun (İDEE) direktoru İrena Lasöta ilə və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Görüşdə Azərbaycanda və regionda ümumi siyasi vəziyyət, həmçinin söz və ifadə, sərbast toplaşma azadlığı, siyasi məhbuslala bağlı məsələlər müzakirə edilib.