Müsavat başqanı İlham Əliyevdən cavab istəyir

İlham Əliyevdən soruşuram…

Rus hərbi dəniz donanmasının gəmiləri Bakı buxtasındadır.
Lap köləliyin tarixi ənənələrinə uyğun olaraq duz-çörəklə, rəqslərlə qarşılanıblar.
Aydındır ki, bu Azərbaycan-Türkiyə hərbi təlimlərinə cavab, hakimiyyətin Moskvaya sədaqət andıdır.
“Sputnik.az” saytı da rus hərbi donanmasının Bakı buxtasına gəlişini hansısa hərbi yarışlarla bağlı olduğu barədə məlumat yayıb.

Qısa olaraq bu “sputnik”in nə olduğunu aydınlaşdıraq.

“Sputnik” sözü indi Rusiyanın(Putinin) əsas brendidir.

Hətta, bütün dünyada ironiya ilə qarşılanan, yarımçıq vaksinlərinə də “sputnik” adı veriblər.

Bir çox ölkələrdə yerli qurumları olan “Sputnik”portalı da Rusiyanın siyasətini, dedikləri kimi yaxın xaricdə(блажное зарубежье) təbliğ edən əsas media qurumudur.
Məs; “ru.armeniasputnik.am” saytı antiazərbaycan materialları dərc edən əsas mətbuat orqanlarından biridir.
Bu portalın ümümi rəhbəri və baş redaktoru Rusiyada korrupsioner rejimin, avtoritarizmin ciddi dəstəkçilərindən biri olan Marqarita Simonyandır…

İlham Əliyev daim ölkə içində 5-ci kolon axtarır.
İndi dövlət başçısından soruşuram, əgər doğrudan da xarici, düşmən qüvvələrin ölkə daxilində fəaliyyəti sizi narahat edirsə:
– Qarabağı işğalda saxlayan ölkənin hərbi donanmasının Bakı buxtasında,
– onlarla yerli və xarici saytın bloklandığı, hətta dünyanın ən məşhur Avropa, Amerika saytlarının fəaliyyətinin məhdudlaşdırıldığı bir dövrdə Marqarita Simonyanın antiazərbaycan təbliğatının ruporu olan “sputnik” saytının Azərbaycanda nə işi var?

Facebook Comments