Müsavat başqanı Ədalət Vəliyevlə telefon danışığına aydınlıq gətiirdi

Bu günlərdə Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyevlə telefon danışığımız olub.
Ədalət Vəliyev 44 günlük müharibə dövründə ölkədə milli birlik mühitinin yaranmasında Müsavat Partiyasının xüsusi rolu olduğunu qeyd edib.

Müharibə günlərində və ondan sonrakı dövrdə irəli sürdüyümüz təkliflərin əsasən qəbul olunub həyata keçirildiyini, bu təkliflərin düşmən üzərində qələbəmizə əhəmiyyətli töhfə verdiyini bildirib.

Bütün bunlara görə mənə və Müsavat Partiyasına Azərbaycan hakimiyyətinin minnətdarlığını çatdırıb.

Telefon danışığında Qarabağ bölgəsində indi yaranmış mürəkkəb vəziyyət və bu vəziyyətdən çıxış yolları, həmçinin həmrəylik mühitinin davam etdirilməsi barədə müzakirələrimiz oldu.

Milli birlik mühitinin davam etməsi üçün hakimiyyətin atmalı olduğu addımlar barədə konkret təkliflər verdim. Qarşımızda duran vəzifələrdən biri kimi daxili və xarici siyasətdə ciddi dəyişikliklərin zəruriliyi barədə fikirlərimi çatdırdım.
Bu məsələr barədə irəli sürdüyümüz və mətbuatda yayılan təkliflərimizi diqqətə almalarını təklif etdim.

Yayılan bəzi təhrif olunmuş məlumatlara aydınlıq gətirərərək bildirirəm ki, təqribən 15 dəqiqə ərzində davam edən telefon danışığımızın özəti budur.

Arif Hacılı, Müsavat Partiyasının başqanı

Facebook Comments