Müsavat başqanı ABŞ Dövlət Departamentinin Qafqaz üzrə nümayəndəsi ilə görüşdü

Müsavat başqanı Arif Hacılı ABŞ Dövlət Departamentində Departamentin Demokratiya və İnsan Haqları bürosunun Qafqaz işləri üzrə məsul nümayəndəsi Vendi Silvermanla görüşüb.

Görüşdə Azərbaycanda və regionda ümumi siyasi vəziyyət, həmçinin söz və ifadə, sərbast toplaşma azadlığı, siyasi məhbuslala bağlı məsələlər müzakirə edilib.

“ABŞ Dövlət Departamenti və ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əlaqələrimizin daha da yaxşılaşdırılmasının yolları barədə fikir mübadiləsi etdik. Görüşümüz işgüzar şəraitdə keçdi və məncə çox səmərəri oldu” -deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

ABŞ-da səfərdə olan Arif Hacılı ötən günlər ərzində, ABŞ Dövlət katibi müavininin köməkçisi Maykl Kellerherlə, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariçlə, ABŞ Dövlət Departamentin Qafqaz məsələri və Regional Münaqişələr şöbəsinin direktoru Alisia Allisonla, Güney Azərbaycan hərəkatının liderlərindən biri Mahmudəli Çöhrəqanlı ilə və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Sozcu.az