Müsavat başqanı Abbas Lisaniyə azadlıq tələb etdi

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib.

Sozcu.az xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı Abbas Lisaniyə azadlıq tələb edib:

İran molla rejimi Azərbaycan milli fəalı, Güney Azərbaycanda mədəni-milli azadlıqlar uğrunda mübarizə aparan soydaşımız Abbas Lisaniyə qondarma ittihamlara 8 il həbs, 2 il sürgün cəzası verib.

Güneyli, Güzeyli Azərbaycanımızda hüquqlarımız pozulur, ərazilərimiz düşmən tapdağı altında, azadlığımız uğrunda vuruşanlar həbsdə, sürgündə…

Mübarizə davam edir.
Sonadək mübarizə aparanlar qalib gələcək!
Abbas Lisaniyə azadlıq!