Müsavat 12 noyabr aksiyasına israrlıdır:”KEÇİRİLƏCƏK!”

“Noyabrın 12-də, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında planlaşdırdığımız aksiya keçiriləcək!”

Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

“12 noyabr aksiyamıza da “yox”cavabı verildi. Heç bir halda aksiyalarımıza icazə verilmir. Müsavata icazə verilmir. Nəinki mitinqimizə, hətta piketimizə də icazə verilmir. Niyə məhz, Müsavata, niyə hər hansı aksiyaya, niyə hətta piketə də icazə verilmir? Məncə bu sualın cvabı qərəzsiz olan hər kəsə aydındır. Bundan daha artıq güzəştimiz mümkün deyil. Noyabrın 12-də, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında “Konstitusiyaya əməl et”, Sərbəst toplaşma azadlığı təmin edilsin” və digər şüarlarla planlaşdırdığımız aksiyamız keçiriləcək!” – deyə Arif Hacılı vurğulayıb.