Mursini hökumət öldürüb – Müsəlman Qardaşları

Müsəlman Qardaşları təşkilatı Məhəmməd Mursinin ölümünə görə məsuliyyəti Misirin indiki hakimiyyətinin üzərinə atıb.

Təşkilat yaydığı bəyanatda olayın qətl olduğunu bildirib.

“Human Rayts Voç” təşkilatı da Misir hökumətini tənqid edib. Təşkilat yaydığı bəyanatda Mursinin ölümünün dəhşətli, amma gözlənilən olduğunu söyləyib. Hüquq müdafiəsi təşkilatı keçmiş prezidentə hakimiyyət tərəfindən heç bir tibbi yardım göstərilmədiyini bəyan edib.

Qeyd edək ki, Mursi dünən məhkəmə zalında vəfat edib. Sabiq prezidentin məhkəməyə çağırılmasına səbəb hökumətin ona qarşı irəli sürdüyü HƏMAS lehinə casusluq etmək iddiası olub.