Murat Boz İmamoğlu üçün 100 min lirə göndərib

Türkiyəli məşhur sənətçi Murat Boz CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlunun seçki kampaniyasına 100 min türk lirəsi məbləğində yardım göndərib.
Sozcu.az xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat yayıb.

Türkiyə qanunlarına görə, vətəndaş bir il ərzində siyasi partiyaya 54 min 566 türk lirəsi bağışlaya bilər.

Bu səbəbdən müğənni 54 min 566 TL-ni öz adından, qalan məbləği, yəni 45 min 434 TL-ni isə anasının adından CHP-nin büdcəsinə keçirib.

Demokrat.Az