Murad Köhnəqala həbs edilib

Şair-publisist Murad Köhnəqala həbs edilib.

Sozcu.az xəbər verir ki,bu barədə onun həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.

O deyib ki, Tovuz Rayon Məhkəməsinin hakimi Qafil Baxşıyev Murad Köhnəqala barəsində 15 sutka müddətində inzibati həbs qərarı çıxarıb. Buna səbəb isə onun keçmiş ailəsinə 12 min manat aliment borcunu ödəməməsidir.\Report\