Murad Boz Aslı üçün 50 min ödəyəcək

Müğənni Murad Boz ilə aktrisa Aslı Enver kirayə götürəcəkləri bir yaxta ilə kənd-kənd gəzəcəklər.

Sozcu.az xəbər verir ki, Murad 10 gün üçün 50 min lirə (təxminən, 15 min manat) ödəyəcək. Müğənni sevgilisi ilə dincəlmək, yeni mövsüm üçün enerji yığmaq istəyir.

Sevgililər ilk olaraq Göceke gedəcəklər. Daha sonra onlar Marmarisə yollanacaq. Sonra isə Yunanıstan adalarına keçməyi planlaşdırırlar.