Mühacirlər Berlində etiraz aksiyası keçirdilər- VİDEO+FOTO

Dünən,Almaniyada yaşayan bir qrup siyasi mühacir “15 İyun – Qurtuluş Günü”nə etiraz olaraq aksiya keçiriblər.

Sozcu.az xəbər verir ki,Azərbaycanın Berlindəki səfirliyi qarşısında keçirilən etiraz aksiyasının əsas şüarı “Saxta qurtuluşa son, diktaturaya istefa”, – olub. Aksiya iştirakçıları çıxışlarında həmin tarixi xalqın faciələrinin başlanğıcı kimi qiymətləndiriblər. Eyni zamanda, ölkədəki siyasi məhbuslara azadlıq tələbləri də səsləndirilib.

Aksiyanın aparıcısı Cavid Cabbarlı, iqtidara etiraz olaraq davamlı etiraz aksiyalarının keçiriləcəyinin də anonsunu verib.

Aksiyanın sonunda Alman və Azərbaycan dillərində hazırlanan qətnamə oxunub