Mühacirlər berlində aksiya keçirəcək

 Azərbaycanın Berlindəki səfirliyi qarşısında Milli Qurtuluş Gününə etiraz aksiyası keçiriləcək.

Bu barədə Sozcu.az-a tanınmış jurnalist, hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan  Röya Rəfiyeva məlumat verib:

“Biz Avropada yaşayan mühacirlər 15 İyun – Milli Qurtuluş Gününə etiraz olaraq iyun ayının 15-də Azərbaycanın Berlindəki səfirliyinin qarşısında etiraz aksiyası keçircəyik. Aksiyada əsasən “Saxta Qurtuluşa son, Diktatora istefa” şuarları səsləndirəcəyik. Düşünürük ki, qəsbkar hakimiyyətin əsası məhz bu tarixdə qoyulduğu üçün saxta Qurtuluşdan qurtulmalıyıq”.

Xatırladaq ki, Azərbaycanda demokratik seçki ilə hakimiyyətə gələn AXC hakimiyyətinə qarşı başlayan 1993-ci ilin 4- iyun qiyamından sonra, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini daşıyan Heydər Əliyev şəraitə uyğun olaraq, 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri olub. O vaxtdan 15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş günü kimi qeyd edilir