Muğanda azərbaycanlı fəalları saxlatdıran erməni kökənli Ettellat əməkdaşını tanıyaq – VİDEO

Ərdəbil Əyalətinin Muğan şəhərində güney azərbaycanlı milli fəalları kəşf edərək onları saxlatdıran Ettelaat əməkdaşlarından birinin kimliyi müəyyən edilib.

Güney Azərbaycan Televiziyasına daxil olan məlumata görə, aşağıdakı videoda görünən şəxsin adı Varheram Abidiyandır. Muğan şəhəri sakini olan Ettelaat əməkdaşı özünü azərbaycanlı kimi təqdim edir, lakin o ermənidir.

V.Abidiyan həmçinin Tehranın “Perspolis” komandasının tərəfdarı olduğunu bildirir.

Məlumata görə, adını çəkdiyimiz şəxs güney azərbaycanlı milli-mədəni fəalları kəşf edərək onları saxlatdırır, o idman yarışları zamanı stadionlarda xüsusi aktivlik göstərir, hətta “Traxtur” komandasının bəzi görüşlərində azarkeşləri kameraya çəkir.

Azərbaycanlı milli və mədəni fəallardan istənilir ki, adı çəkilən şəxsi daha çox araşdıraraq onun gizli fəaliyyəti ilə bağlı Azərbaycan ictimaiyyətinə ətraflı məlumat versinlər.

Həmçinin yerli azərbaycanlı fəallardan xahiş olunur ki, bu şəxsin barəsində əlavə məlumatları varsa, Güney Azərbaycan Televiziyasına göndərsinlər.