Müğənni narkotik alarkən tutulub

Məşhur müğənni “The Libertines” qrupunun solisti Pete Doherti Fransada həbs edilib.
Sozcu.az xəbər verir ki, ifaçı narkotik satıcısı ilə söhbət edərkən polislər tərəfindən saxlanılıb. Müğənninin üstündə axtarış aparan polis 2 qram kokayin tapıb.

Doherti hazırda həbsxanadadır. 40 yaşındakı ifaçı 48 saat polis nəzarətində qalacaq.