Müdhiş dələduzluq: saxta sərhəd qapısı düzəltdi, insanlardan 10 min avro aldı…

Rusiyada bir fırıldaqça çox maraqlı üsulla insanları aldadıb.

Sozcu.az xəbər verir ki, o, saxta sərhəd qapısı düzəldərək mühacirləri Finlandiyaya aparmaq adı ilə hərəsindən 10 min avro pul alıb. Finlandiyaya keçdiklərini düşünən insanlar ərazidə bir müddət yeriyib, daha sonra əsl sərhəd nəzarətçiləri tərəfindən saxlanılıblar.

Sərhəd işçiləri Cənubi Asiya ölkələrindən olan mühacirlərə hələ də Rusiya ərazisində, Vıborqun bataqlıqlı meşəliklərində olduqlarını bildiriblər.

Rusiya sosial şəbəkələrində yayılan videoda sərhəd mühafizəçilərinin qaranlıqda mühacirlərə fənər tutaraq yaxınlaşdığı, küknar meşəsində onların əllərini qaldırdığı görünür.
Fırıldaqçının mühacirlərdən 10 min avro aldığı bildirilir.

Santk-Peterburqda məhkəmə mühacirlərə qaydaları pozduqlarına görə, kiçik məbləğli pul cəzası verib və dördünü də ölkədən deport edib. Daha ciddi cəzalarla üz-üzə qalan fırıldaqçının cinayət işi isə davam edir. O, hazırda həbsdədir.(Milli.az)

Facebook Comments