Müdafiə Nazirliyi Əkrəm İmamoğlunun Atatürkün mavzoleyində imzaladığı dəftəri götürdü

Ötən həftənin bazar günü keçirilmiş bələdiyyə seçkilərindən sonra daxili siyasətində sakitliyin pozulduğu Türkiyədə daha bir siyasi qalmaqal yaşanıb. Bu dəfə də əsas “rollarda” iqtidarda olan AKP ilə müxalifətçi CHP-nin rəhbər şəxsləridir.

Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyə seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, İstanbul böyük şəhər bələdiyyəsinin sədri seçilmiş CHP üzvü Əkrəm İmamoğlu Ankarada Atatürkün məzarını ziyarət edərək, mavzoleyin xatirə dəftərinə ürək sözlərini yazıb. Qeydini İmamoğlu “İstanbul böyük şəhər bələdiyyəsinin sədri” olaraq imzalayıb.

Bu jest hazırda İstanbulda seçkilərin nəticələrinə etiraz etmiş və bir çox rayonlarda onların yenidən sayılmasına nail olmuş AKP təmsilçilərinin sərt etirazına səbəb olub.(Strateq.az)