Müdafiə naziri şəhidi medalla təltif edib -FOTO

Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənov şəhid Əhmədov Azər Abbas oğlunu “Hərbi xidmətdə fərqlənməyə görə ölümündən sonra ” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Sozcu.az-ın xəbərinə görə, birinci ordu birliyinin zabitləri medalı şəhidin valideyinlərinə təqdim ediblər.

Şahidin doğulduğu Ağcabədi rayon Şahsevən kəndində keçirilən tədbirdə şəhid Azər Əhmədovun ailə üzvləri ilə birlikdə onun döyüş yoldaşlarıda iştirak ediblər.

Şəhidin atası Abbas Əhmədov müdafiə naziri general-polkovnik Zakir Həsənova onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

Xatırladaq ki şəhid Azər Abbas oğlu Əhmədov 2017-ci ilin iyununda cəbhənin Ağdam rayonu istiqamətində düşmən təxribatının qarşısını alarakən şəhid olub.