Mübariz Mənsimovun bədənində şişlər əmələ gəlib – AÇIQLAMA

Türkiyədə həbsdə olan “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun sağlamlıq vəziyyəti kritik olaraq qalmaqdadır.

Sozcu.az-ın xəbərinə görə, Mənsimovun keçirdiyi ağır cərrahiyyə əməliyyatından qısa müddət sonra həbs edilən Qurbanoğlunun həbsxanada qaldığı zaman əməliyyat yeri iltihab bağlayıb, bədənində şişlər əmələ gəlib, qara çiyərində narahatlıqlar baş qaldırıb və qanlı sidik ifraz etməkdədir. Keçirdiyi əməliyyatdan sonra düzgün sarğı olunması və həkim tərəfindən müntəzəm müalicə olunması tələb olunduğu bir vaxtda Qurbanoğlunun həbsxanada nəzarətdə saxlanılması nəticəsində onun immun sistemi olduqca zəif durumdadır. Dünyada yaşanan koronavirus pandemiyası səbəbindən infeksiyaya açıq olan Qurbanoğlunun həyati təhlükə altındadır.

Halsız, yorğun və yeriməyə çətinlik çəkir. Vəkilləri tərəfindən edilən bütün hüquqi təşəbbüslərə və tələblərə baxmayaraq, Qurbanoğlu hələ də xəstəxanaya göndərilməyib və yoxlanılaraq səhhəti ilə bağlı hesabat hazırlanmayıb. Özünü artıq idarə edə bilməyən Qurbanoğlunun həyatı təhlükə altında olduğu üçün onun Silivri Həbsxanasında qalması mümkün deyil. Qurbanoğlunun saxlanılandan və tutulandan əvvəl keçirdiyi əməliyyatlar barəsində xəstəxananın tərtib etdiyi hesabat mövcuddur.

Hesabatda həkim heyətinin normal qaydada sarğılar etməsi, xəstənin istirahət etdiyi və nizamlı həkim nəzarəti altında olması, xüsusən immunitetinin aşağı düşməsi səbəbindən arzu olunmayan virusa yoluxmanın ola biləcəyi bildirilmişdi. Bu sənədlər aidiyyəti dövlət orqanlarına təqdim olunsa da, Qurbanoğlu həbsxanada saxlanılmaqda davam edir və xəstəxanaya belə köçürülmür. Səhhətinin mövcud vəziyyəti ilə əlaqədar özünü idarə etməyəcək durumda olan Mübariz Qurbanoğlunun həbs qərarı ev dustaqlığı qırarı ilə əvəzlənməlidir. Rəsmi orqanlar bu vəziyyətə biganə qaldığı üçün Mübariz Qurbanoğlunun həyatı ciddi təhlükədədir.pravda.az

Facebook Comments