Mübariz Mənsimov həbsdə qaldı

“Palmali” Şirkətlər Qrupunun rəhbəri, məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimovun bu gün İstanbulda məhkəməsi keçirilir.

Sozcu.az xəbər verir ki, prosesi 27-ci İstanbul Ağır Cəza Məhkəməsi aparır.

“Palmali”nin mətbuat katibi Fidan Quliyeva sayca 3-cü olan bu prosesin Mübariz Mənsimovun iştirakı ilə aparılacağını paylaşıb. O bildirib ki, M.Mənsomova özünü müdafiə etmək üçün çıxış imkanı yaradılacaq.

M.Mənsimovu Çaka Kul, İsanbikə Bilgili, Fatih Turhan, Səbuhi Rəhimov, Tuğçe Qaraöz, Aykan Sargın və Türkiyənin daha bir tanınmış vəkili prof.dr. Ersan Şən müdafiə edir.

Əlavə şahidlərin olmayacağı halda bu gün hökm oxunacağı gözlənilir.

Bu arada F.Quliyeva M.Mənsimovun səhhətinin yaxşı olmadığını da bildirib.

Mübariz Mənsomovun məhkəməsi martın 5-ə kimi təxirə salınıb.

Bu barədə “Palmali”nin mətbuat katibi Fidan Quliyeva Feysbuk səhifəsində yazıb.

“Hakim hökmü oxumadı. Məhkəmə mart ayının 5-də davam edəcək. İfadə vermək üçün daha 2 nəfər məhkəməyə dəvət ediləcək”, – Quliyeva bildirib.

Facebook Comments